Salam, mən Sevinc Kərimli
10 ildən çox marketinq təcrübəsi ilə data əsaslı kontent strategiyaları qurur, video və foto istehsalını idarə edir, sosial media komandalarını böyüdürəm. Məqsədim — orqanik kontenti real satışa çevirmək.
Rəqəmlərlə nəticələr
Kontent Home-dakı fəaliyyətim və əvvəlki təcrübəmdən əsas göstəricilər.
Ixtisas sahələrim
Nə ilə fərqlənirəm.
Data əsaslı kontent strategiyası
UTM strukturu, Google Analytics və Looker Studio dashboardları ilə kontentin satışa təsirinin ölçülməsi.
Video və foto istehsalı
Həftəlik çəkiliş planları, ssenari, büdcə, kastinq, rekvizit və lokasiya koordinasiyası.
Komanda qurulması
Layihə menecerləri, aparıcılar, aktyorlar, mobiloqraflar, videoqraf və influencer menecerlərin idarə olunması.
Orqanik artım
A/B testlər, performans analizi və paylaşım strategiyalarının optimallaşdırılması.
Alətlər
İş təcrübəsi
Karyera yolum.
Sosial Media bölməsinin rəhbəri
- Brend və əlaqəli brendlər üzrə 38 sosial media səhifəsinin idarə olunmasına rəhbərlik.
- Komandanın aylıq orta 170 video istehsalının təmin edilməsi.
- TikTok kanalının 900K+ izləyiciyə çatdırılması.
- Telegram, WhatsApp və Instagram kanallarının sıfırdan satışa dəstək alətinə çevrilməsi.
Sosial Media üzrə Team Lead
- Sosial media komandasını sıfırdan qurdum.
- TikTok kanalını sıfırdan yaratdım; YouTube Shorts ilə orta baxışı ~200-dən 40K-a yüksəltdim, kanal 100K abunəçiyə çatdı.
- Push Notification satış strategiyası ilə aylıq orta 7x, ən yüksək 15x ROAS.
- Video və foto formatları A/B testlərlə yoxlandı.
Co-Founder | Marketinq üzrə rəhbər
- Bank, sığorta, mebel, tibb, restoran, avtosalon və digər sahələrdən onlarla brend üçün bazar araşdırması və strategiya.
- Meta və LinkedIn ödənişli reklamları.
- Sosial media satışlarının 10% artırılması.
Sosial media üzrə mütəxəssis
- Kontent, dizayn ideyaları, post mətnləri, Facebook və Instagram reklamları, satış yönümlü FAQ.
İctimaiyyətlə əlaqələr üzrə manager
- Press relizlər, ~20 mətbuat orqanı ilə əməkdaşlıq, tədbir aparıcılığı, foto çəkiliş, promo materialları.
Seçilmiş layihələr
Brendlər, sosial məsuliyyət layihələri və eventlər.
Brendlər
Xalq Sığorta, Dükkan, Şeh Su, Saloğlu, Çilek, Ashley, Koreya Şərq Təbabəti Klinikası, The Brewerry, Code Tusi.
Sosial məsuliyyət
UNICEF Azərbaycan, Avropa İttifaqı, GİN və UNDP tərəfdaşlığı ilə 11 foto və video çəkiliş (#atabalachallenge, #gücünüyoxsevginigöstər).
Eventlər
Food Festival Azerbaijan və DEKO Forum Baku üçün sosial media tanıtımı, foto və video çəkilişlər.
Dövlət layihələri
evdeqal.az və genclider.az üçün kontent; seçki kampaniyasında kontent plan, mətnlər və FAQ.
Video çəkilişlər (freelance)
Apar, Colibri Cargo, 166 taksi, ChinaMotors, Sherlock Restoran, Granville.
Mətn və ssenari
Bazarstore TV və Bizim Tarla ssenariləri, STEM saytı üçün həyat hekayələri, Code Tusi kitabçası, Turan Bank təqvimi.
Təlimçilik və mentorluq
Təcrübəmi başqaları ilə bölüşürəm.
Digital Marketing Mentoru — EVO Academy
May 2026 – davam edir. Sosial media strategiyası, rəqəmsal reklam, kontent planlama və analitika.
Gənclər Evləri mentorluq proqramı
Dekabr 2019 – Avqust 2020. UNICEF, Avropa İttifaqı və Gənclər və İdman Nazirliyi ilə 5 Gənclər Evinin komandası üçün 8 aylıq proqram.
Təlimlər
- Sosial Media reklamları (fevral 2020)
- Rəqəmsal Marketinqə giriş (noyabr 2019)
- Dijital platformalar üçün köməkçi alətlər (noyabr 2019)
Təhsil
- BDA — Rəqəmsal Marketinq (Meta, Google reklamları, SEO), 2025–2026
- Dijital Air — Google Ads kursu, 2017
- Bakı Dövlət Universiteti, Fizika (ingilis bölməsi), 2013–2017
Birlikdə işləyək
Kontent strategiyası, komanda qurulması və ya sosial media rəhbərliyi üzrə əməkdaşlıq üçün yazın.